Axtar

GERMANY-AUTUMN-WEATHER-NATURE

Vatikan 2026-cı il "Yaradılışın Qorunması üçün Ümumdünya Dua Günü"-nün mövzusunu açıqlayıb

İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyası, hər il sentyabrın 1-də qeyd olunan "Yaradılışın Qorunması üçün Ümumdünya Dua Günü"-nün 2026-cı il üçün Roma Papası XIV Leo tərəfindən seçilmiş mövzusunu elan edib: "Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək." (Yeşaya 2,4).

Debora Kastellano Lubov tərəfindən

Roma Papası XIV Leo ənənəvi olaraq 1 sentyabrda qeyd olunan 2026-cı il "Yaradılışın Qorunması üçün Ümumdünya Dua Günü"-nün mövzusu kimi Yeşaya peyğəmbərin kitabından olan "Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək." (Yeşaya 2:4) ayəni seçib.

Bu elanı verən İnsanın Hərtərəfli İnkişafının Təşviqi Dikasteriyasının bəyanatında bildirilir ki, Müqəddəs Atanın bu Günlə bağlı mesajı silahlı münaqişələr ilə ətraf mühitin məhv edilməsi arasındakı əlaqəyə diqqət çəkir.

Bəyanatda vurğulanır ki, bu cür dağıntılar təkcə yaradılışı qorumaq məsuliyyətimizin ciddi şəkildə pozulması deyil, həm də yüz milyonlarla insanın həyatı və rifahı üçün uzunmüddətli təhlükə yaradır.

Bundan əlavə, bəyanatda qeyd olunur:

"Müharibələrin təbii sərvətlərə vurduğu zərərin miqyası artıq geniş şəkildə dərk edilsə də, bu anlayış hələ də münaqişələrin qarşısının alınmasına, mübahisələrin sülh yolu ilə həllinə xidmət edən təsirli mexanizmlərin formalaşmasına və ya daha məsuliyyətli qərarların qəbuluna kifayət qədər təkan verməyib."

Bəyanatın yekununda isə vurğulanır ki, Peyğəmbər Yeşayanın silahların kənd təsərrüfatı alətlərinə çevrilməsi barədə ayəsi inkişafın və davamlı tərəqqinin zorakılıq və dağıntı üzərində üstün tutulmasına yönəlmiş aydın bir çağırışdır.

02 iyun 2026, 20:39