Axtar

Israil və ABŞ-ın hava zərbələrindən sonrakı Tehran Israil və ABŞ-ın hava zərbələrindən sonrakı Tehran  (AFP or licensors)

Papa İran haqqında: Sülh qarşılıqlı hədələr və ölüm səpən silahlarla qurulmur

Papa XIV Leo ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən sonra Yaxın Şərqdə zorakılığın artması fonunda bütün tərəfləri mənəvi məsuliyyətə və həqiqi dialoqa çağırıb.

Devin Uatkins tərəfindən

1 mart, “Rəbbin mələyi” duasından sonra çıxış edən Papa XIV Leo Yaxın Şərq və İranla bağlı son hadisələrdən “dərin narahatlıq” duyduğunu bildirdi.

“Sabitlik və sülh qarşılıqlı hədələrlə, dağıntı, ağrı və ölüm səpən silahlarla qurulmur; onlar yalnız düşünülmüş, səmimi və məsuliyyətli dialoq vasitəsilə bərqərar ola bilər,” – deyə o vurğuladı.

Papa zorakılığın nəzarətdən çıxacağı təqdirdə böyük bir faciənin baş verə biləcəyi barədə xəbərdarlıq etdi.

“Nəticələri son dərəcə ağır ola biləcək bir faciə ehtimalı qarşısında bütün tərəflərə ürəkdən müraciət edirəm ki, zorakılıq spiralını geri dönməz uçuruma çevrilməzdən əvvəl dayandırmaq üçün mənəvi məsuliyyətlərini dərk etsinlər!”

Papa XIV Leo xalqların sülh axtarmaq naminə yenidən dialoqa qayıtmaları üçün dua etdi.

“Qoy diplomatiya öz rolunu yenidən bərpa etsin və ədalət üzərində qurulan dinc birgəyaşayış arzusunda olan xalqların mənafeyi irəli çəkilsin. Gəlin sülh üçün dua etməyə davam edək.”

28 fevral, şənbə günü İsrail və Amerika Birləşmiş Ştatları Tehrana və İranın bir sıra digər şəhərlərinə birgə hava zərbələri endirməyə başlayıblar.

İran isə cavab olaraq İsrailə və Amerika hərbi bazalarının yerləşdiyi bir neçə Körfəz ölkəsinə hücumlar həyata keçirib.

Daha sonra dövlət xəbər agentlikləri təxminən 37 il İrana rəhbərlik etmiş Ali Rəhbər Ayətullah Əli Xameneinin vəfat etdiyini elan ediblər.

02 mart 2026, 10:40