Liturgiya oxunuşları: 28 DEKABR. MÜQƏDDƏS AİLƏ
BİRİNCİ OXUNUŞ Sirax 3,2-6.12-14
Çünki Rəbb övladlar üzərində ataya şərəf vermişdir, oğullar üzərində anaya haqq vermişdir. Atasına ehtiram göstərən kəsin günahları bağışlanır. Anasına hörmət edən kəs sərvət əldə edən kimidir. Atasına ehtiram göstərən öz uşaqlarından sevinc tapacaq. Dua etdiyi gün yalvarışı eşidiləcək. Atasına hörmət edənin ömrü uzun olar, anasına rahatlıq verən Rəbbə itaət etmiş olur. Övladım, atan qocalanda ona kömək ol, ömrü boyu onu kədərləndirmə. Əgər valideynin ağlı zəifləyirsəona iltifat göstər, özün tam sağlam ikən ona həqarətlə yanaşma. Çünki ataya göstərilən mehribanlıq unudulmaz, günahların nəticəsində dağılan həyatın bərpa olar.
Təfsir
Əhdi-Ətiqdə ailə müqəddəs idi. Ata-anaya hörmət etməklə və ailə daxilində ahəngdar şəkildə yaşamaqla əldə edilə bilən möcüzələr və nemətlər haqqında oxuyuruq. Sanki Rəbb, ailə daxilində qarşılıqlı hörmət qorunduğu zaman Öz gücünü aşkar etmək istəyir. Günahlar bağışlanır, dualar qəbul olunur, ömür uzun olur - çünki valideynlərə edilən hər şey nəticə etibarilə Allah üçün edilir. Axı atalar və analar təkcə yeni həyatın yaradılmasında deyil, həm də nəsil yetişdirməkdə və övladları üçün fədakarlıq etməkdə Allahın adından hərəkət edirlər. Valideynlərimizin daxilində həqiqətən müqəddəs bir şey parlayır: biz bunu görməyi və minnətdar olmağı öyrənməliyik. Bəli, valideynlərinə sevgi və hörmətlə saleh yaşayanlar Allahın tərəfində dayanır və böyük mükafat alırlar. Əgər onlarda bu işığı - insani çatışmazlıqlarına baxmayaraq - görə bilsək, sirli şəkildə Yaradan Allahla birləşəcək və Onunla barışacağıq, çünki yazıldığı kimi, Allah evimizi quracaq.
İKİNCİ OXUNUŞ Kol 3, 12-21
Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin. Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun. Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır. Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar.
Təfsir
Xristian ailəsində hər kəs bir-birini sevir, öz rollarını və vəzifələrini bacardığı qədər yerinə yetirir. Bu çətin deyil: prinsipləri aydın şəkildə anlamaq kifayətdir. Əgər oğul əmr etmək və ata rolunu oynamaq istəyirsə, əgər ata uşaqlarına "qardaş" olmaq istəyirsə, əgər arvad ər olmaq istəyirsə - hər şey dağılır. Müqəddəs Nazaret ailəsinə baxın: orada hər kəs bir-birinə itaət edir. Yusif tamamilə həyat yoldaşına – Səma və Yer mələkəsinə - xidmətdə yaşayır və özünü tamamilə Allahın Oğlunun böyüməsinə həsr edir, eyni zamanda o, ailəsinə başçılıq edir. Məryəm Yusifə itaət edir və ailənin həyatında qərarlar qəbul etməyi tam olaraq ona həvalə edir. Eyni zamanda Səmadan gələn Oğluna - İsaya xidmət edir. Gənc İsa Yusifə və Məryəmə itaət edir və onlara tabedir. Hər kəs itaət edərsə, kim məsuliyyət daşıyır? Müqəddəs Ruh! Amma heç kim bunu fərq etmir, çünki etdikləri hər şeyşeyi Atanın övladları kimi və Onun izzəti üçün edilir, artıq deyildiyi kimi,edirlər və beləliklə, ailə onlar, vəziyyətlərinin kamilliyini yaşayırlar. Biz onlardan yalnız öyrənə bilərik, çünki Allah hər bir xristian ailəsi üçün onlarda bizə bir nümunə vermək istəyirdi.istədi.
İNCİL Matta 2,13-15.19-23
Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi.
Təfsir
Yusif yuxularda onunla danışan Allahın ona yol göstərməsinə icazə verir. O, nə mübahisə edir, nə də etiraz və Allahın iradəsi ilə tam razılığın nümunəsini göstərir. Müqəddəs Məryəm Yusifin qərarlarına, onlar nə qədər qəribə görünsələr də (birdən birə Misirə getmək? Niyə məhz ora? Hansı vəsaitlə? Orada nə edəcəyik? Və s.), mane olmur. Yusif onlara hara getməyi desə, ora gedirlər və qayıtmağı dedikdə geri qayıdırlar. Qoy atalar və ərlər həmişə İncildə, təbii əxlaq qanununda, Kilsədə danışan Rəbbin səsinə diqqətlə qulaq asmağı öyrənsinlər. Allah olan İsa, Hirodun qəddarlığını dəf etməyin fərqli bir yolunu tapa bilərdi, amma bizə təvazökarlıq yolunu öyrətməyi seçdi. Xilaskar Özünün xilas olmasına, Müəllim Özünün rəhbər tutulmasına icazə verir... Əməllər, hərəkətlər və hisslər Allah tərəfindən ilhamlandıqda hər şey yaxşı gedir. Azadlıq qalır, "yox" demək olar, amma bütün çətinliklər məhz inadkar üsyandan yaranır. Müqəddəs Nazaret ailəsində isə hər şey harmoniyadır.