Kardinal Pitsaballa Milad ərəfəsində Qəzzaya səfər edib
Pyerfrançesko Loreto tərəfindən
Yerusəlimin Latın Patriarxı, Kardinal Pierbattista Pitsaballa, Milad bayramı ərəfəsində Qəzzadakı Müqəddəs Ailə kilsəsinin icmasını ziyarət edib.
Bu Miladda da, ötən il olduğu kimi, kilsə icmasının üzvləri kardinal Pitsaballanın dəstəyini və yaxınlığını hiss edəcəklər.
Yerusəlimin Latın Patriarxı Milad bayramı münasibətilə Qəzzaya gəlib. Onu, vikarisi mons. Uilyam Şomali və kiçik bir nümayəndə heyəti müşayiət edib.
Patriarxlıqdan yayımlanan mətbuat açıqlamasına görə, Pitsaballa Müqəddəs Ailə kilsəsinin icmasına pastoral səfər həyata keçirib.
Bazar günü Zati-Aliləri həmin kilsədə Milad Messasına başçılıq edəcək edəcək.
Bu günlər ərzində Kardinal “kilsə icmasının mövcud vəziyyətini, humanitar məsələləri, yardım fəaliyyətlərini və yaxın gələcək üçün perspektivləri dəyərləndirəcək”.
O, yerli ruhanilərlə və icma üzvləri ilə görüşərək icmanın ehtiyacları və davam edən dəstək təşəbbüsləri barədə məlumat toplayacaq.
Patriarxlığın açıqlamasında qeyd edildiyi kimi, bu səfər “çətinliklərlə mübarizə aparan bir icmada Milad şənliklərinin başlanğıcını ifadə edir və Qəzzadakı Müqəddəs Ailə icması ilə Yerusəlim Latın Patriarxlığı arasında möhkəm bağları bir daha təsdiqləyir.”